Mühasibin döydüyü direktor işdən çıxarıldı: Cinayət işi...

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi Kollecin direktoru olmuş Şəhriyar Laçınova qarşı zorakılıq göstərən mühasib barəsində cinayət işi məhkəməyə göndərilib.

Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, mühasib Turab Şabanovun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İstintaq materiallarına əsasən, tərəflər arasında gərginlik kollecdə yeni idarəetmə qərarlarının qəbul edilməsi fonunda yaranıb. Turab Şabanov yeni direktorun qərarları ilə razılaşmayıb və onların arasında dəfələrlə mübahisələr baş verib.

Sonuncu mübahisə bu ilin mart ayında kollecin qəbul otağında yaşanıb. Mübahisə zamanı mühasib Turab Şabanov yumruqla direktprun sifət nahiyəsinə zərbə vurub və Şəhriyar Laçınov xəsarət alıb.

İnsidentdən az müddət sonra Şəhriyar Laçınov direktor vəzifəsindən azad edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər