ANAMA itlərin daşınması üçün 1,6 milyonluq maşın alır

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi (ANAMA) pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələri alacaq.

Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, bununla əlaqədar agentlik “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti ilə iki müqavilə imzalayıb.

Müqavilə şərtlərinə əsasən, agentlik 25 ədəd pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitəsinin alınması üçün “RAMMA” QSC-yə 2 milyon 20 min 750 manat ödəyəcək.

Bundan əlavə, 15 ədəd pikap-sərnişin tipli xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına 1 milyon 203 min 600 manat xərclənəcək. Qeyd edək ki, bu tender üzrə ehtimal olunan dəyər 1 milyon 301 min 500 manat idi.

Eyni zamanda agentlik minaaxtaran itlərin daşınması üçün nəzərdə tutulmuş 20 ədəd xüsusi təyinatlı pikap tipli nəqliyyat vasitəsinin alınmasına görə şirkətə 1 milyon 675 min 600 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Tahir Məmmədovdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər