Şikayətçi həkimlə barışdı, cinayət işinə xitam verildi

Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanılmış cinayət işinə xitam verilib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, buna səbəb onların öz aralarında barışıq əldə edilməsi olub.

Həkimin zərərçəkən şəxsə kompensasiya ödədiyi bildirilir.

Qeyd edək ki, iyul ayında Humay Əliyevanın “Caspian İnternational Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən səhv diaqnoz qoyularaq göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirməsi ilə bağlı iddialar yayılıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı açıqlama verən Cahid Şahbazovun vəkili Asim Abbasov bildirib ki, müvəkkili cinayət məsuliyyətinə cəlb olunmayıb, yalnız fakt üzrə cinayət işi açılıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər