Gənclər təşkilatları üçün 2026-cı il üzrə qrant müsabiqəsi elan olunub
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (gənclər təşkilatları) təşəbbüslərinin dəstəklənməsi məqsədilə 2026-cı il üzrə qrant müsabiqəsini elan edir.
Müsabiqə çərçivəsində layihə təklifləri kiçik qrant (25.000 manatadək), orta qrant (50.000 manatadək) və böyük qrant (100.000 manatadək) kateqoriyaları üzrə qəbul olunur.
Qaydalar, mövzular və sənəd nümunələri ilə tanış olmaq üçün:
Layihə sənədlərinin qəbulu 27 noyabr – 8 dekabr 2025-ci il tarixlərində [email protected] elektron poçt ünvanı vasitəsilə həyata keçiriləcək.
Müsabiqəyə müraciət üçün son tarix 8 dekabr 2025-ci il, saat 12:00 olaraq müəyyən edilib.
Müraciətlərin qəbulu başa çatdıqdan sonra təqdim olunan layihələr ekspertiza ediləcək, qiymətləndirildikdən sonra qalib QHT-lər müəyyənləşdiriləcək.
Qrant müsabiqəsi ilə bağlı müraciətlər yalnız [email protected] elektron poçt ünvanına sənədlər tam şəkildə göndərildikdə qəbul edilir. Əlavə suallarla [email protected] elektron ünvanına və ya Gənclər və İdman Nazirliyinin 187 nömrəli qaynar xəttinə müraciət edə bilərsiniz.
Son xəbərlər
