Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş

Məlum olduğu kimi, noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Lake Hotel”də elektrik cərəyanı vurması nəticəsində həmin obyektdə çalışan 4 nəfər həyatını itirib.

“Lake Hotel”in icarədarı Ağasif Verdiyev normativ aktların tələblərinə zidd olaraq hotelin ərazisində təsərrüfat işləri həyata keçirib və nəticədə əmək mühafizəsi qaydaları pozulub.

Buna görə də A.Verdiyev şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəyə səbəb isə hotelin pəncərələrinin silinməsi zamanı hündürlüyü 5,75 metr olan təkərli isgələdən istifadə olunması və bu zaman həmin yerdən hündürlüyü 5,53 metr olan 35 kV-luq yüksək gərginlikli hava xətti keçməsinin nəzərə alınmaması olub.

Belə ki, təkərli isgələ daşınarkən, xəttə toxunub və həmin vaxt orada çalışan 4 nəfəri elektrik vurub.

Hazırkı normalara əsasən, 35 kV-luq hava xətti ən azı yerdən 7 metr hündürlükdə aparılmalıdır.

Məsələnin maraqlı tərəfi isə odur ki, həmin 35 kV-luq hava xətti 2009-cu ildə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda barəsində cinayət işi qaldırılmış Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus Novxanı qəsəbəsində yerləşən kənd təsərrüfatı sahəsi üçün çəkilib.

Qalina Mehdiyevanın adına olan həmin 102 hektarlıq torpaq sahəsinin 60 sotunda icarə əsasında Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevə məxsus “Friland Vineyards” şərab zavodu yerləşib.

O da bəlli olub ki, 2016-cı ildə Mehdiyeva Aytac Telman qızının adına şərab istehsal edən “Mərəndə” MMC təsis edib, 2017-ci ildə isə “Friland Vineyards” həmin müəssisəni alıb. 2022-ci ildə “Mərəndə” MMC-nin təsisçisi dəyişdirilsə də, faktiki olaraq həmin hüquqi şəxs və şərab zavodu Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.

Hazırda da qeyd olunan şərab zavodu, onun yerləşdiyi torpaq sahəsi və üzüm bağları həmin 35 kV-luq hava xəttindən qidalanır.

Göründüyü kimi, sabiq PA rəhbəri və onun yaxınları böyük biznesə sahiblik edirlər və istər bu biznesin yaradılmasında, istərsə də onun fəaliyyətinin təmin edilməsində qanun pozuntularına yol verilib. Bu pozuntular sonda 4 nəfərin həyatını itirməsinə səbəb olub.

Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər