Bakıda direktor itlərə görə cərimələndi

Bakıda direktor itlərə görə cərimələndiBakı Dövlət Sirkinin direktoru Nahid Ağayev 10 sirk itinə görə cərimələnib.

Bakı Dövlət Sirki barəsində gömrük qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi (on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə) protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində 10 sirk iti Bakı Dövlət Sirki tərəfindən ölkəmizə idxal olunub. İtlər gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilib.

Müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilən itlərin idxal üzrə öhdəlik müddəti bitsə də, həmin müddət ərzində malların digər gömrük proseduru altında rəsmiləşdirilməsinə dair idxalatçı tərəfindən heç bir tədbir görülməyib.

Məhkəmənin hökmü ilə Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinib və 1200 manat məbləğində cərimə edilib. (Mənbə: qaynarinfo)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər