Xaricdə yaşayan 101 nəfər Azərbaycana təhvil verildi

Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində cari ilin avqust-oktyabr ayları ərzində 101 nəfərin ölkəyə readmissiyası həyata keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

“Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin avqust-oktyabr ayları ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 108006 müraciət daxil olub. Bundan əlavə, müvafiq dövr ərzində Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 25940 müraciət daxil olub. Həmçinin 2025-ci ilin avqust-oktyabr ayları ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 2699 müraciət qeydə alınıb. Müvafiq dövr ərzində tənzimlənməyən miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 7481 qərar qəbul edilib”, - Xidmətdən bildirilib.(Mənbə APA)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər