Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

Şərurda xeyli qazi evsiz qaldığı halda, prezidentin keçmiş köməkçisi Əli Həsənova şəhid ailələri və qazilər üçün nəzərdə tutulan binada mənzil hədiyyə olunub.

Avrasiya.net xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb.

Bildirilib ki, həmin binadakı əlavə iki mənzili isə yerli icra başçısı mənimsəyib.

Adının çəkilməsini istəməyən qazilərdən biri deyib ki, illərdir ev üçün müraciət etsə də, müsbət cavab ala bilmir.

“Rayon mərkəzində el arasında “şəhidlər binası” adlanan, qazi və şəhid ailələri üçün nəzərdə tutulan binadakı mənzillər yüksək vəzifəli şəxslərə verilir, mənim kimi vətən üçün canın qoyanlar isə kirayələrdə yaşayır. Başçı Kamal Cəfərov bizə aid olan binada yan-yana iki mənzil götürüb, birləşdirib ki, böyük olsun. Təmiri yeni bitirib. Əli Həsənov da onun qonşusudur bu binada. Axı, Əli Həsənovun nəyi yoxdur? Niyə utanmadan şəhid ailələri və qazilərin evinə göz dikir? Bu sözlər icra hakiminə də aiddir”.

Şəhid ailələri və qazilər müvafiq qurumlara müraciət edərək, onların haqqı olan evlərin geri qaytarılmasını tələb ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər