Vəhdət Partiyasının siyasi mövqeyi və YAP-la münasibətlərin reallığı

Vasif Əfəndi
Vəhdət Partiyası sədrinin müavini


Müstəqillik dövründə Azərbaycan siyasətində formalaşan ən mühüm reallıqlardan biri odur ki, zamanında Heydər Əliyevə, bu gün isə İlham Əliyevə mənsub olan siyasi nüfuz Yeni Azərbaycan Partiyasının imkanlarından daha üstündür. Prezident İlham Əliyevin siyasi gücü, idarəçilik bacarığı və şəxsi nüfuzu YAP-ın institusional çəkisini aydın şəkildə qabaqlayır. Faktiki olaraq partiya dövlət başçısının siyasi xəttini izləyir və onun qərarlarını legitimləşdirən quruma çevrilib. Bu mənada İlham Əliyevin partiyadan üstün siyasi fiqur olduğu açıq şəkildə görünür.

Vəhdət Partiyası olaraq bizim mövqeyimiz də bu reallığa əsaslanır. Biz dövlət başçısının strategiyasını daha ardıcıl və prinsipial şəkildə dəstəkləyir, siyasi qiymətləndirmələrimizi məhz prezidentin mövqeyi üzərində qururuq. Buna qarşılıq Yeni Azərbaycan Partiyası ilə münasibətlərimiz daha çox formal xarakter daşıyır və indiyə qədər praktiki əməkdaşlıq demək olar ki, baş tutmayıb. Bunun əsas səbəbi isə YAP-ın struktur gücünün deyil, məhz prezidentin şəxsi nüfuzunun siyasi proseslərdə həlledici rol oynamasıdır. Elə buna görə də, YAP-ın həm mərkəzi, həm də yerli təşkilatları ilə əlaqələr minimum səviyyədədir.

Sağ-mərkəzçi siyasi qüvvə olaraq Vəhdət Partiyasının bütün siyasi təşkilatlarla konstruktiv dialoq aparması arzuolunan və zəruri amildir. Eyni zamanda Yeni Azərbaycan Partiyası ilə də qarşılıqlı əməkdaşlığın qurulması ölkənin siyasi sistemində sağlam rəqabət və koordinasiya baxımından faydalı olardı. Lakin son illərdə siyasi təşkilatların iştirakı ilə dəyirmi masaların keçirilməməsi, partiyaların yalnız Qarabağa səfərlər zamanı xatırlanması, həmin səfərlərdə də yalnız partiya sədrlərinə yer verilməsi siyasi dialoqun dar çərçivədə saxlandığını göstərir.

Azərbaycanın siyasi mühiti daha geniş və bərabər əməkdaşlığa ehtiyac duyur. Vəhdət Partiyasının mövqeyi ondan ibarətdir ki, ölkədə siyasi təşkilatlar arasında real əməkdaşlıq formatları bərpa edilməli və dövlətçiliyin möhkəmlənməsi üçün institusional əlaqələr gücləndirilməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər