Bıçaqlanan 11-ci sinif şagirdi xəstəxanada öldü
Dərc olunub:
23-11-2025, 02:47
Ötən gün Mingəçevirdə 11-ci sinif şagirdi bıçaqlanıb.
Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nizami küçəsində baş verib.
Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 2008-ci il təvəllüdlü Elman Sarıyev burada dünyasını dəyişib.
Əldə olunan məlumata görə, yaralı gənc 17 saylı şəhər orta məktəbinin 11-ci sinif şagirdidir.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
