Cümşüd Nuriyev partiyadan qovuldu

Cümşüd Nuriyev partiyadan qovulduVəhdət Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə politoloq Cümşüd Nuriyev partiyadan xaric edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Vəhdət Partiyası məlumat yayıb.

Qərarda deyilir: "Komissiyaya özünü Vəhdət Partiyaslnın sədr müşaviri kimi təqdim edən (onun bu vəzifədə olması barədə rəsmi sənəd görməmişik, lakin hesab edirik ki, partiyamıza yeni daxil olmasaydı, onun bu vəzifəyə təyinatı da olmazdı) Cümşüd Nuriyevin noyabrın 20-də sosial şəbəkədə VP Baş Məclisinin sədri Tahir Kərimlini ağır şəkildə təhqir etməsi (material əlavə olunur) və ona görə məsuliyyətə cəlb olunması barədə Tahir Kərimlinin rəsmi müraciəti daxil olub.

MNTK bu müraciətə baxaraq, çıxışları dinləyərək, bu qənatə gəlir ki, həqiqətən Cümşüd Nuriyev partiyanın BM sədrinə qarşı, onun simasında partiyanı nüfuzdan salan, etikaya sığmayan və öz əməllərinə haqq qazandırmaq üçün Tahir Kərimlinin səs yazısını qəsdən mənfi yozmaqla ciddi Nizamnamə pozuntusuna yol verib. Özü də bunu müraciətdən 12 gün sonra etməsi sifariş ovqatı doğurur.

MNTK yekdilliklə qərara gəlir ki, belə halda partiyaya nə yollasa yeni qəbul olmuş Cümşüd Nuriyev dağıdıcı fəaliyyət göstərməklə Nizamnamənin 5.20-ci mad.1-ci hissəsində göstərilən əməli törətdiyindən Vəhdət Partiyasının üzvü ola bilməz".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər