AQC ilin yekun tədbirinə hazırlaşır

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarına daha bir qiymətləndirmə şirkətinin qəbul edilməsinə qərar verilib.

Bu barədə AQC sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliklərinin prezidenti Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, “PRENOTA” MMC qiymətləndirmə şirkəti artıq AQC-yə üzv qəbul edilib. Hazırda daha iki şirkətin müraciəti araşdırılır və təşkilatın müvafiq qurumları həmin şirkətlər barədə müsbət rəy verdikdən sonra müraciətlər müzakirəyə çıxarılacaq.

Vüqar Oruc bildirib ki, AQC ilin yekunlarına həsr olunmuş tədbirə hazırlıq prosesinə başlayıb. Bununla yanaşı, təşkilatın yenidən qurulması, rebrendinq çərçivəsində daxili təlimat və tövsiyələrin yenilənməsi, eləcə də departamentlərin yeni təyinatlardan sonra işinin təkmilləşdirilməsi istiqamətində fəal işlər aparılır.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qiymətləndiricilərin peşəkar birliyidir. Təşkilat 1998-ci ildə yaranıb, 1999-cu ildə dövlət qeydiyyatına alınıb və ölkədə qiymətləndiricilərin hüquqlarını qoruyan, həmçinin yerli qiymətləndiricilərlə beynəlxalq qurumlar arasında əməkdaşlığı təmin edən ictimai birlikdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər