“Qələbə partiyası” - YAP yeni qələbələrə doğru

“Qələbə partiyası” - YAP yeni qələbələrə  doğruÜmummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük və şərəfli yol keçib.

Bu fikirləri Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.

O bildirib ki, YAP təkcə bir siyasi təşkilat deyil, müstəqil Azərbaycanın dövlətçilik dayaqlarından biri kimi formalaşıb.

Onun sözlərinə görə, YAP-ın yaranması ölkənin ən çətin və keşməkeşli dövrünə təsadüf edirdi. “1992-ci ildə Azərbaycanın ziyalıları, dövlətin gələcəyini düşünən şəxslər milli taleyə biganə qalmayaraq, ölkəni böhrandan xilas edə biləcək yeni siyasi qüvvənin formalaşdırılması təşəbbüsü ilə çıxış etdilər. Onların seçimi xalqın müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti üzərində cəmləşdi və 21 noyabr 1992-ci ildə YAP yarandı”, - o qeyd edib.

Sevinc Fətəliyeva vurğulayıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı yalnız siyasi böhranın qarşısının alınması deyil, həm də YAP-ın hakimiyyətə gəlişinə üçün yol açdı. “Ulu Öndər qısa müddətdə partiyanı ölkənin aparıcı siyasi qüvvəsinə çevirdi və onu “dünənin, bu günün və sabahın partiyası” kimi səciyyələndirdi. YAP-ın ilk missiyası Azərbaycanda siyasi sabitliyin bərpası idi. Ardınca Azərbaycanın inkişaf strategiyasının müəyyən edilməsi, dövlətçiliyin möhkəmləndirilməsi və milli həmrəyliyin yaradılması məqsədyönlü şəkildə həyata keçirildi. Son 33 ildə YAP ümumxalq partiyasına çevrilərək ölkənin siyasi-iqtisadi həyatının bütün istiqamətlərində aparıcı rol oynayıb.

Bu gün YAP təkcə regionda deyil, beynəlxalq müstəvidə də nüfuzlu siyasi təşkilat kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya müasir dövrün çağırışlarına cavab verən siyasi kurs yürüdür və xalqın inamını daha da gücləndirir”, - o qeyd edib.

Deputat vurğulayıb ki, qlobal və regional reallıqların sürətlə dəyişməsi Azərbaycanda da davamlı islahatları zəruri edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməyə yönəlib:

“Bu proses YAP daxilində də davam edir. Partiyanın VII Qurultayında qəbul edilən qərarlar təşkilatın institusional modernləşməsinin bariz nümunəsidir. Bu islahatlar YAP-ın dövlətin strateji kursuna uyğunlaşmasını və qarşıya qoyulan yeni hədəflərə daha effektiv nail olmasını təmin edir”.

Deputat bildirib ki, bu gün Azərbaycanda siyasi dialoq mühiti formalaşıb və bu proses dövlət siyasətinin prioritet istiqamətlərindəndir. YAP-ın təşəbbüsləri siyasi sistemin təkmilləşməsinə, partiyalararası münasibətlərin sağlam məcraya yönəlməsinə mühüm töhfə verir.

Sonda Sevinc Fətəliyeva əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da ölkənin siyasi, iqtisadi və diplomatik uğurlarında aparıcı qüvvə olacaq, “qələbələr partiyası” statusunu qoruyub daha böyük nailiyyətlərə imza atacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər