Vəhdət Partiyasında rəhbərlikdə qalmaqal
Vəhdət Partiyasında rəhbərlikdə qalmaqal, münaqişə başlayıb.
Partiyanın Siyasi Şurası və Məclis üzvü Fəxrəddin Kərimli sosial səhifəsində sədrin müşaviri təyin edilən Cümşüd Nuriyevə qarşı çıxaraq bəyanat yayıb.
Bəyanatda deyilir:.
Özünü Vəhdət Partiyası sədrinin müşaviri adlandıran Cümşüd Nuriyev Vəhdət Partiyasının Nizamnaməsini və partiya etikasını kobud şəkildə pozaraq, Partiyanın rəhbər şəxslərindən birinə qarşı qərəzli, kobud paylaşım edərək, gözdən salma və Partiyanı içdən sarsıtma kampaniyasına rəvac vermişdir.
Onun Vəhdət Partiyasının üzvü olmasını və hansı rayon (şəhər) təşkilatında uçota durmasını müəyyən etmək mümkün olmadı. Aydınlaşandan sonra müvafiq hüquqi prosedura həyata keçiriləcəkdir. Eyni zamanda Baş Məclis mövcud ştat cədvəlini hələ də təsdiq etmədiyindən həmin müşavir vəzifəsi hüquqi statusa malik deyildir.
Yuxarıdakıları əsas tutaraq, VP Baş Məclinin sədri və müavini, MNTK-nın bütün üzləri hesab edirlər ki, Cümşüd Nuriyevin Partiyaya vurduğu ziyan dözülməzdir və Partiyada onun hüquqi vəziyyəti aydınlaşana kimi iddia etdiyi vəzifəni icra etməsi qəbuledilməzdir.
Vəhdət Partiyasının Baş Məclisinin sədri Tahir Kərimli, müavini Fəxrəddin Ağazadə,
MNTK sədri Ehtibar Səmədov və üzvləri.
20 noyabr 2025-ci il.
Son xəbərlər
