Tibb mərkəzində həkim tibb bacısının əri tərəfindən döyülüb

Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Yeni Gəncə Tibb Mərkəzində baş verən dava ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, hadisə laborator analizlərin verilməsində yaranmış narazılıq səbəbindən yaşanıb. Laboratoriya şöbəsinin müdiri, mikrobioloq Xətai Quliyev klinikada çalışan Zərifə adlı tibb bacısının əri Kəyan tərəfindən döyülüb.

İttihama görə, həmin gün reanimasiya şöbəsində xəstə uşaqlara təcili analiz lazım olduğu üçün həkim Emiliya Əliyeva Xətai Quliyevə zəng edib. Analizlərin yoxlanılması zamanı gecikmə ilə bağlı tərəflər arasında telefon danışığında narazılıq yaşanıb. Daha sonra tibb bacısı Zərifə laboratoriyaya gələrək analizlərin vaxtında təqdim edildiyini bildirib və sözlü mübahisə yaranıb.

Bir qədər sonra klinikaya gəlmiş Kəyan adlı şəxs laboratoriyaya daxil olaraq Xətai Quliyevə yaxınlaşıb və göz nahiyyəsinə yumruqla zərbə endirib. Həkim yıxılıb və həmin an Kəyan onun baş nahiyəsinə dəfələrlə yumruq vurmağa davam edib. Zərərçəkmiş həkim şikayətçi olduğunu və təqsirləndirilən şəxslə barışmadığını bildirib.

Kəyan ifadəsində həyat yoldaşına yemək gətirdiyini, telefon danışığında onun narahat olduğunu hiss etdiyini, dəhlizdə həkimlə aralarında mübahisə yarandığını və sonradan davaya çevrildiyini deyib. O, əməlindən peşman olduğunu və yüngül cəza verilməsini xahiş edib.

Baş vermiş hadisə klinikanın nəzarət kameraları tərəfindən də lentə alınıb.

Məhkəmənin hökmü ilə Kəyan 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər