Bakıda taksidən meyit tapıldı

Bakıda avtomobildən kişi meyiti tapılıb.

Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, cəsəd Tiflis prospekti, 2 ünvanında - "Araz" marketin qarşısında dayanmış avtomobillərdən birinin içərisində aşkarlanıb.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vəfat edən şəxs “Yango” taksi xidmətində çalışan sürücü olub və istifadə etdiyi avtomobili arendaya götürüb. Mərhumun 2 gün əvvəl - ayın 15-də dünyasını dəyişdiyi ehtimal olunur.

Məlumata görə, avtomobilin sahibi nəqliyyat vasitəsinin itməsi ilə bağlı axtarışa başlayıb və cəsəd də elə bu zaman aşkar edilib. İlkin ehtimallara əsasən, hadisəyə sürücünün avtomobilin isitmə sistemini işə salaraq içəridə yatması səbəb olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər