Əhməd Orucun vəziyyəti ağırdır
Dərc olunub:
17-11-2025, 16:41
Bir neçə ay əvvəl bağlanan “Azadlıq” partiyasının sədri Əhməd Oruc insult keçirib.
Avrasiya.net xəbər verir ki, bununla bağlı Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Onun sözlərinə görə, Ə.Oruc ürəyində ağrılarla bağlı dünən günorta saatlarında Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.
Oğlu qeyd edib ki, hazırda atasının vəziyyəti ağırdır və reanimasiyadadır.
Son xəbərlər
