FHN-də intim videolar çəkən polkovnik azadlığa çıxdı

Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb.

O, bir az əvvəl əvvəl saxlanıldığı cəzaçəkmə müəssisəsindən azad edilib.

Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı 3 il 3 aylıq həbs cəzasısını günə-gün başa vurub.

Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Onun xidməti otağında bir neçə qadın əməkdaşla çəkilmiş intim videolar uzun müddət ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu.(Mənbə "Qafqazinfo")

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər