Tanınmış azərbaycanlı jurnalist faciəvi şəkildə öldü
Dərc olunub:
13-11-2025, 13:34
Azərbaycanın tanınmış jurnalisti, "Avronyus" (Euronews) telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.
Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə jurnalistin yaxınları məlumat verib.
Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun "Avronyus" üçün hazırladığı reportajlar, ələlxüsus da 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırmışdı.
Son xəbərlər
