Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb

Vətən müharibəsindəki Şanlı Qələbənin 5 illiyi münasibəti ilə Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə ənənəvi görüş keçirilib. 

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin, torpaqlarımızın azadlığı, ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və bir neçə gün əvvəl Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsində həlak olan hərbiçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbiri açıq elan edən Bibiheybət Məscid-ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Rahib Babayev tədbir iştirakçılarını Şanlı Zəfərimizin 5 illiyi münasibəti ilə təbrik edib. Qeyd edib ki, uzun illər etdiyimiz dualar və arzularımız çin oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sərkərdəliyi ilə şanlı ordumuz 44 günlük Vətən Müharibəsi və daha sonra lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa edildi. Buna görə də biz öz şəhidlərimizə, qazilərimizə, igid əsgər və zabitlərimizə minnətdarıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik. 

Bu gün şəhidlərimizin ailələri, qazilərimiz ölkə başçımızın və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə edilib. Onlara dəstək üçün lazımi tədbirlər görülür. Çünki bu Şanlı Qələbəmizə görə biz ollara borcluyuq. 

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri müavini İsrafil Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı Regional bölməsinin müdiri Anar Kazımov, Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qabil Vahidov, şəhid anası Mehriban Əmrahova, müharibə veteranı, polkovnik Bəhrəm Atakişiyev və başqaları şəhid ailələri, müharibə vereranları göstərilən diqqət və qayğıya görə Ölkə başçısı İlham Əliyev və Birinci  Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər