Mədəniyyət Nazirinin keçmiş müşavirinə AQC-də yeni vəzifə verildi

Mədəniyyət  Nazirinin keçmiş müşavirinə AQC-də yeni vəzifə verildiAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Hüquq Departamentinə yeni rəhbər təyin edilib.

Bu barədə AQC sədri Vüqar Oruc müvafiq əmr imzalayıb. Departamentin rəhbəri vəzifəsinə Fuad Xəzani oğlu Məmmədov gətirilib.

Fuad Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, təhsilini Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq ixtisası üzrə tamamlayıb və müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışıb. Fuad Məmmədov, müxtəlif illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və Mədəniyyət Nazirliyində (nazirin müşaviri) yüksək vəzifələrdə çalışıb. Son olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin yanında Dövlət Xidmətində Hüquq, İnsan Resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsini daşıyıb.

Qeyd edək ki, AQC-nin Hüquq Departamenti qiymətləndiricilərin və vətəndaşların hüquqlarının qorunmasına, hüquqi məsələlərdə düzgün qərarların qəbul edilməsinə və müvafiq qanunvericiliyə uyğun fəaliyyət göstərilməsinə cavabdehdir. Departamentin əsas vəzifələri arasında qiymətləndiricilərin peşəkar fəaliyyətində qarşılaşdıqları hüquqi problemlərin həlli, müraciətlərin araşdırılması, hüquqi yardımın göstərilməsi və bu sahədə hüquqi maarifləndirmənin aparılması yer alır. Departamentin məqsədi qiymətləndirmə sahəsində hüquqi mühiti daha şəffaf və hüquq qaydalarına uyğun hala gətirməkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər