Dəfn müavinəti üzrə orta məbləğ 944 manata çatacaq

Dəfn müavinəti üzrə orta məbləğ 944 manata çatacaq2026-cı ildə Azərbaycanda dəfn müavinətlərinə ayrılan xərclər 37,6 milyon manat təşkil edəcək.

Bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Bildirilib ki, müavinət alanların sayının 40 min nəfərə yaxın, orta məbləğinin isə 944 manat olacağı gözlənilir.

Məlumata görə, bu artım son illərdə minimum əmək pensiyasının artırılması və sosial müavinət məbləğlərinin yenilənməsi ilə bağlıdır.

Belə ki, 2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlara ödənilən dəfn müavinəti 600 manata, vəfat etmiş əmək pensiyaçılarının ailəsinə ödənilən müavinət isə yaşa görə minimum pensiyanın 3 misli - 960 manata yüksəlib.

Hesabatda qeyd olunur ki, bu istiqamətdə artım əhalinin rifahının və sosial müdafiə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır və gələcək illərdə də bu tendensiyanın davam edəcəyi gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər