Şərurlu İsfəndiyarın məhkəməsi təxirə düşdü

Şərurlu İsfəndiyarın məhkəməsi təxirə düşdü"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında veriılmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə AMEA-nın Nəsimi adına dilçilik İnstitutunun eksperti Nəzakət Qazıyeva iştirak edib.

Nəzakət Qazıyeva ekspert qismində dindirilməsi üçün məhkəməyə dəvət olunsa da, təqdim etməli olduğu sənədləri özü ilə gətirməyib.

Emil Səməndərovun vəkili Asim Abbasov bildirib ki, ekspertin fəaliyyəti müddəti ilə bağlı arayış məhkəməyə təqdim olunmalıdır: “Ekspertin fəaliyyət illərini göstərən arayış təqdim edilməlidir. Əgər sənədlər yoxdursa, prosesin təxirə salınmasını xahiş edirəm”.

Təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli isə qeyd edib ki, sənədlər gün ərzində elektron qaydada təqdim edilə bilərsə, proses davam etdirilsin: “Prosesin təxirə salınması məhkəmənin uzanmasına səbəb olur. Müvəkkilim xəstədir və müalicə üçün ölkə xaricinə gedə bilmir".

Məhkəmə ekspert qismində çağırılan Nəzakət Qazıyevaya sənədləri elektron qaydada təqdim etmək üçün yarım saat vaxt verib. Nəzakət Qazıyeva isə sənədləri 1 saata hazırlaya biləcəyini bildirib.

Növbəti məhkəmə prosesi noyabrın 14-nə təyin edilib.

Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib.

Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər