Beş il əvvəl Xankəndidə şəhid olan mayor Fərid Ələkbərovun anım günüdür

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan oğullarımızdan biri olan Fərid Ələkbərovun şəhidlik zirvəsinə ucaldığı gündən 5 il ötür.
Azərbaycan ordusunun zabiti Murovdakı bir sıra yüksəkliklərin düşməndən azad olunmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib.

Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Əslən Bakının Nardaran kəndindəndir. O, İstanbul Kuleli Hərbi Liseyində və Ankaradakı Quru Qoşunları Hərbi Məktəbində təhsil alıb. İsparta şəhərindəki Dağ Komando Məktəbini və Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində ön sıralarda savaşıb. Noyabrın 9-da Şuşa-Xankəndi yolunda düşmən tankından atılan mərmi nəticəsində şəhid olub. İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan döyüşçü və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

2022-ci ildən Bakının Yasamal rayonundakı küçələrdən biri Fərid Ələkbərovun adını daşıyır. Bu gün beş il əvvəl Xankəndidə şəhid olan mayor Fərid Ələkbərovun anım günüdür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər