Düşməni qorxuya salan yeni raketimiz - FOTO

Düşməni qorxuya salan yeni raketimiz - FOTOBakıda 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbənin beşinci ildönümünə həsr olunmuş Zəfər Paradı zamanı Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən “Predator Hawk” əməliyyat-taktiki raketləri ilk dəfə ictimaiyyətə təqdim olunub.

Raketin silahlanmaya qəbul edilməsi daha əvvəl açıqlanmayıb.

İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal olunan "Predator Hawk" raketləri 50–300 kilometr məsafədəki hədəfləri dəqiqliklə vurmaq üçün nəzərdə tutulub. Raketin hədəfdən yayınma ehtimalı 10 metrdən azdır, bu da onu yüksək dəqiqlikli zərbə vasitəsinə çevirir.

Sistem 140 kq-lıq döyüş başlığı ilə təchiz olunub və komanda mərkəzləri, rabitə qovşaqları, logistika obyektləri, körpülər, qərargahlar, radioelektron mübarizə və radiolokasiya stansiyaları kimi strateji hədəfləri məhv edə bilir.

Raket səssürətli (supersonik) texnologiya ilə işləyir və 300 km məsafəni təxminən 8 dəqiqəyə qət edə bilir. Bu göstərici onu hava hücum vasitələri səviyyəsində dəqiqlik və sürətlə təmin edir.

Qeyd edək ki, Azərbaycan artıq 10 ildən çoxdur ki, “Elbit Systems” şirkətinin müştərisidir. Təxminən 10 il əvvəl ölkəmiz şirkətdən EXTRA tipli 200 km məsafəli raketlər almışdı.

Sonradan LORA (400 km məsafəli) raketləri də ordunun arsenalına daxil edilmişdi.

Hər iki sistem 44 günlük Vətən müharibəsində uğurla tətbiq olunub.(modern.az)


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər