Zəfərdən şahlanışa

Bakı Atatürk Liseyində Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib

8 Noyabr-Zəfər Günü nəinki Azərbaycan, ümumilikdə Türk dünyası üçün mühüm önəm kəsb edir. Çünki Azərbaycan Ordusunun 5 il öncə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər nəticəsində təkcə Azərbaycan torpaqları işğaldan azad edilmədi, eyni zamanda bu qələbə Türk dünyasında şahlanışa təkan verdi.

Bu barədə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi tərəfindən təşkil edilən bayram tədbirlərində qeyd edilib. Liseyin hər iki şöbəsində də Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən Liseyin müdiri Eylem Gültekin şagirdlərə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, qürurla anılan Zəfər Günü barədə ətraflı məlumat verib.
Zəfər Gününün Azərbaycan tarixində dönüş nöqtəsi olduğunü vurğulayan E.Gültekin bu tarixi qələbəni Azərbaycana və türk dünyasına bəxş edən şəhid və qazilərə minnətdarlıq bildirilib.

Lisey müdiri şagirdlərə öz tövsiyələrini də çatdırıb. Qeyd edilib ki, bu gün hər kəs Vətəni üçün canından keçən şəhidlərin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməlidir.

Çıxışdan sonra lisey şagirdlərinin ifasında vətənpərvərlik mövzularında, həmçinin tarixi zəfərə həsr edilən şeir və mahnılar səsləndirilib. Mərasimdə həmçinin, 44 günlük Vətən müharibəsinə həsr edilən və məktəblilərin hazırladıqları kiçik səhnəçiklər də təqdim edilib.
Mərasimlər xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər