Nəfəs borusunda xurma qalan oğlan öldü
Dərc olunub:
8-11-2025, 09:33
Şəmkir rayonunda 28 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Rayon sakini 1997-ci il təvəllüdlü Ənvər Cəfərov xurma yeyərkən nəfəs borusuna düşüb.
O, xəstəxanada vəfat edib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
Son xəbərlər
