Ədalət Partiyası 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

Ədalət Partiyası 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb. Planetinfo.az az bəyanatı olduğu kimi təqdim edir: "Tariximizin ən şanlı səhifələrindən birini — 8 Noyabr – Zəfər Gününün 5 illiyini xalqımız bu gün böyük qürur və iftixarla qeyd edir.

2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ və ətraf ərazilərimiz Ermənistanın 30 illik işğalından azad edildi. Bu qələbə təkcə hərbi uğur deyil, həm də ədalətin bərpası və Azərbaycanın torpaq bütövlüyünün beynəlxalq hüquq çərçivəsində bərpasıdır.

Azərbaycan torpaqlarını illərlə zəbt edən separatçılar və onların havadarları qarşısında xalqımızın sarsılmaz iradəsi, Ordumuzun qəhrəmanlığı, siyasi qüvvələrin həmrəyliyi və Prezident İlham Əliyevin prinsipial mövqeyi sayəsində ədalət bərpa olundu, milli qürurumuz ucaldı.

Ədalət Partiyası Qarabağın azadlığı uğrunda mübarizədə həmişə prinsipial mövqe nümayiş etdirmiş, hərbi yolun qaçılmaz olduğunu dəfələrlə bəyan etmişdir. Çünki ədalət yalnız güc və qərarlılıqla qoruna bilərdi.

İkinci Qarabağ müharibəsi dövründə isə Ədalət Partiyası milli həmrəyliyin qorunması istiqamətində fəal mövqe tutaraq, bütün siyasi qüvvələri və vətəndaşları birlik nümayiş etdirməyə çağırmışdır.

Zəfər Günü bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü qırmızı xətdir. Hər hansı revanşist cəhd və ya separatçı təxribat xalqımız və dövlətimiz tərəfindən eyni qətiyyət və iradə ilə cavablandırılacaqdır".

Ədalət Partiyası bu möhtəşəm gün münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, qazilərimizə can sağlığı, şəhidlərimizə isə Allahdan rəhmət diləyir.

Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin igidliyi bu zəfərin əbədi simvolu, müstəqil Azərbaycanın qürur rəmzidir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər