Bakıda 69 yaşlı kişi itkin düşüb
Dərc olunub:
7-11-2025, 14:00
Bakıda 69 yaşlı kişi itkin düşüb.
Bu barədə Avrasiya.net-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 69 yaşlı Arif İsmayılov paytaxtın Nizami rayonunda yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55 202-91-19 və (+994)50 973-86-73 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Son xəbərlər
