Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edildi

Azərbaycan Vəhdət Partiyasının (AVP) Abşeron rayon təşkilatının sədri həbs olunub. Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluqda ittiham edilir.

1987-ci il təvəllüdlü Rasim Xudaverdiyev Cinayət Məcəlləsinin dələduzluq ittihamı ilə təqsirli bilinərək həbs edilib. İş üzrə zərərçəkmiş şəxslərin sayı 10 nəfərdir.

İttihama görə, Rasim Xudaverdiyev pul aldığı şəxslərə sosial yardım düzəltmək, işə qəbul etdirmək, həbsdə olan şəxsi azadlığa çıxarmaq və universitetə qəbul etdirmək kimi vədlər verib.

Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Rasim Xudaverdiyev onlarla partiyanın Abşeron rayon təşkilatının Xırdalanda yerləşən ofisində görüşüb. O, nüfuzlu şəxslərlə yaxın əlaqələrinin olduğunu, deputatlığa namizədliyini irəli sürdüyünü deyərək zərərçəkmiş şəxslərin etibarını qazanıb.

Cinayət işi materiallarında qeyd edilib ki, Xudaverdiyev müxtəlif vədlərlə vətəndaşlardan 4 000–10 000 manat məbləğlərində pul alaraq onları aldadıb.

Xudaverdiyev ifadəsində özünü qismən təqsirli bildiyini deyib, zərərçəkmiş şəxslərin bəzilərindən aldığı pulları etiraf edib. Digər epizodların isə mülki xarakter daşıdığını bildirib. O, zərərçəkənlərin pulunun bir hissəsini ödədiyini, qalan məbləği ödəməyə maddi imkanının olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rasim Xudaverdiyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Vəhdət Partiyasının qurucusu keçmiş deputat Tahir Kərimlidir. Hazırki sədr Adəm İsmayıl Bakuvidir. (Mənbə: Teleqraf)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər