Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb8 Noyabr – Zəfər Günü ərəfəsində İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Müraciətdə deyilir ki, “8 Noyabr – Zəfər Günü münasibətilə Sizi və Sizin timsalınızda bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə möhkəm can sağlığı, dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Bu tarixi gün xalqımızın birlik və həmrəyliyinin, şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış azadlığın, ədalətin və milli qürurumuzun təntənəsidir. Sizin müdrik rəhbərliyiniz və Müzəffər Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, torpaqlarımızın azadlığı uğrunda Şanlı Zəfər qazanılıb.

Biz din xadimləri olaraq bu Zəfəri Uca Yaradanın xalqımıza böyük lütfü kimi dəyərləndirir, şəhidlərimizin ruhuna dualar edir, qazilərimizə şəfa diləyirik. Sizin rəhbərliyinizlə ölkəmizdə bərqərar olan sabitlik, milli həmrəylik və mənəvi dirçəliş bütün sahələrdə tərəqqinin təməlini təşkil edir.

Bir daha Zəfər Günü münasibətilə Sizi təbrik edir, Vətənimizin rifahı, dövlətimizin qüdrəti və xalqımızın firavanlığı naminə Uca Allahdan Sizə qüvvət və bərəkət diləyirəm.

Allah dövlətimizi, xalqımızı və Sizi qorusun!” 

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər