Milli Məclisdə nazirdən deputata reaksiya


Milli Məclisdə deputatın səhiyyə sahəsində laboratoriyalar radiologiya bölmələri və ürək mərkəzləri yaradılaraq, dövlət xəstəxanalarında xidmət sahələri cox simvolik məbləglərlə özəl sektora autsorsinqə verilməsinə səhiyyə naziri Teymur Musayev ciddi narahatçılığına səbəb olub.

Avrasiya. net xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası 2026-cı ilin büdcə zərfinin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli dövlət xəstəxanalarında xidmət sahələri cox simvolik məbləğlərlə özəl sektora autsorsinqə verilməsi ilə bağlı çıxış etdi.

Deputat M. Məmmədli səhiyyə naziri Teymur Musayevin tədbirdə iştirakından istifadə edərək ona belə bir sual ünvanladı: “Vəsait catışmamazlığı əsas gətirilərək laboratoriyalar radiologiya bölmələri və ürək mərkəzləri yaradılaraq, dövlət xəstəxanalarında xidmət sahələri cox simvolik məbləğlərlə özəl sektora autsorsinqə verilir. Əslində qeyri-effektiv investisiya alətlərinə yatırılmış vəsait bütün yuxarıda qeyd olunan autsorsinqə verilmiş xidmətlərin maliyyələşməsini təmin edər, xəstələrin özəl sektora axınının qarşısını alar və dövlət tibb müəssisələrinin dotasiya ilə deyil, effektiv işləməsinə şərait yaratmasını necə qiymətləndirirsiz"- sualını nazir Teymur Musayev belə cavablandırdıb.

"Dövlət müəssisələrindəki radioloji və laborator xidmətlərin özəl qurumlarla əməkdaşlıq əsasında təşkilinə dair suallar da verildi. Qeyd etmək istəyirəm ki, Səhiyyə Nazirliyinin tabeliyində olan 9 elmi-tədqiqat institutu daxilində bu xidmətlər həmin müəssisələrin bölmələri tərəfindən həyata keçirilir və əldə olunan gəlir birbaşa onların özünə məxsusdur. Bu gəlirlər də əsasən əməkhaqqı əlavələrinin və həkimlərin rifahının təmin edilməsinə yönəlir", - deyə nazir bildirib.Nazir vurğulayıb ki, vahid yanaşmanın təmin olunması üçün artıq layihə hazırlanaraq aidiyyəti qurumlara göndərilib:"Qısa müddətdə bu yanaşmanın tətbiq ediləcəyini və bu sahədəki sualların gündəmdən düşəcəyini düşünürük".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər