DGKA-da Zəfər Gününün 5-ci ildönümü qeyd olunub


Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını şanlı qələbənin 5-ci ildönümü münasibətilə təbrik edərək, Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edib. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı Zəfərin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açan Q. Novruzov bu qələbənin gələcək nəsillər üçün də örnək olduğunu vurğulayaraq şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Daha sonra şəhid Rəşad Babayevin anası Təranə Babayeva, şəhid Tahir Əliyevin atası Mahir Əliyev, Vətən müharibəsi iştirakçısı, Xüsusi təyinatlı qüvvələr mənsubu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elvin Vəliyev, Vətən müharibəsi qazisi, Xüsusi təyinatlı qüvvələr mənsubu Ədalət Məmmədov, Vətən müharibəsi qazisi Vasif Allahverdiyev çıxış edərək əldə edilən qələbənin xalqımız üçün mənəvi əhəmiyyətindən, eləcə də şəhid və qazilərimizin vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs ediblər.

Tədbir bədii kompozisiya ilə davam edib.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər