CASCFEN “Ulduzlar”la iş birliyi edəcək

CASCFEN “Ulduzlar”la iş birliyi edəcəkÖzünün türk dünyasındakı geniş fəaliyyətləri ilə tanınan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) eyni zamanda ölkə içində çalışmaları ilə də seçilir. Bu baxımdan qurumun müxtəlif layihələri icra etməsi, özəlliklə də vətəndaş cəmiyyəti qurumları ilə iş birliyini genişləndirməyə üstünlük verməsi diqqət çəkir.

Sözügedən qurum bugünlərdə Xaçmazda artıq 65 ildir fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi ilə iş birliyi Protokolu imzalayıb.

CASCFEN-dən verilən xəbərə görə, Protokolu qurumun sədri, Əməkdar jurnalist Nadir Azəri və “Ulduzlar”ın baş katibi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aqşin Dadaşoğlu Xaçmaz şəhərində imzalayıb.

Protokolla tərəflər bundan sonrakı fəaliyyətlərini əlaqələndirəcək, bir-birilərinə ictimai dəstək verəcək. Eyni zamanda CASCFEN-in “Ulduzlar”a media dəstəyi də Protokolla təsbit edilib.

Protokol imzalandıqdan sonra CASCFEN “Ulduzlar”ın kitabxanası üçün müxtəlif janrlı kitablar hədiyyə edib.

Qeyd edək ki, CASCFEN 2003-cü ildə qurulub, beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu qurum Azərbaycan dövlətinin də diqqət mərkəzində olmaqla QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ciddi layihələr icra etməsi ilə diqqət çəkir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər