Ramiz Mehdiyev olayı və "8 Noyabr Zəfəri" n ardınca düşüncələr....

Vasif Əfəndi
Siyasi ekspert


Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

Tarix elə bir güzgüdür ki, kimin nəyi necə gördüyünü deyil, kimin gerçək kim olduğunu göstərir. 44 günlük şanlı Vətən müharibəsində qazanılmış "8 Noyabr Zəfəri" Azərbaycan xalqı üçün yalnız torpaqların azad edilməsi ilə bitmədi , o, həm də cəmiyyətin, dövlətin, idarəçilik fəlsəfəsinin yenidən dəyərləndirilməsinin başlanğıcı oldu. Bu dövrdən sonra ölkədə baş verən saysız “ifşa” prosesi isə sanki illərlə yığılıb qalmışları üzə çıxarır.

Ramiz Mehdiyev olayı da bu kontekstdə sadəcə bir şəxsin deyil, bütövlükdə bir idarəetmə fəlsəfəsinin, bir düşüncə tərzinin, sadiqliklə satqınlıq, sədaqətlə şəxsi maraq arasında itən insanların timsalında dövlətə xəyanətin formasını önə çıxardı.

Sədaqət siyasi idarəetmənin ən incə tərəflərindən birinin anlayışının ünvanıdır. Biz bu torpağın övladları olaraq bilməliyik ki, sədaqətin ünvanı şəxsiyyət deyil, dəyər olmalıdır. Son illərin hadisələri göstərdi ki, rəhbərə, müdirə, kresloya "sədaqət" göstərənlərin taleyi əvvəl-axır fərdin faciəsi ilə yekunlaşır. Kiminsə kölgəsində böyüyənlər kölgə yox olanda günəşin altında əriyirlər.

Sədaqət dövlətə, bayrağa, millətə, Konstitusiyaya olarsa, o zaman insan özünü nə tərk edər, nə də satılar. Ramiz Mehdiyev və onunla əlaqəli klan cəmiyyətin siyasi-sosial yaddaşında bir dövrün bitməsi, bir anlayışın süqutu simvoluna çevrildilər.

8 Noyabr Zəfəri bizi yalnız düşmən üzərində qələbəyə aparmadı, həm də içimizdəki düşməni , sui-istifadəni, köhnə düşüncəni aşkara çıxardı. Bu Zəfər bizə dövlətdə təmizlənmənin, şəffaflığın və layiqlərin hakimiyyətinin vacibliyini zərurətini öyrətdi.

Ölkə Prezidentinin ardıcıl şəkildə səsləndirdiyi “kadr islahatları” çağırışı da bu mənada təsadüfi deyildi. Prtezidentin “Biz yeni siyasi mədəniyyət qururuq” sözlərindən sonra çoxlarının səviyyəsinin yoxlanması prosesi başladıldı.

Cəmiyyət formalaşdıqca kim kimdir açıqlanır. Biz bu gün bir daha anlamalıyıq ki,sədaqət kresloya deyil - dövlətə olmalıdır,alqış şəxslərə deyil -dəyərlərə verilməlidir,inkişaf şəxsi deyil - milli maraqlarla mümkün olur. hakimiyyətdə əsl dəyər sahibləri təmsil olunduqca , xalqın, dövlətin də yeri möhkəm olacaq.
Zəfərin ardınca başlanan “daxili mübarizə”nin ilk mərhələsi artıq nəticə verdi. Ancaq bu proses hələ bitməyib.

Ramiz çetesinin ifşası bu ilin 8 Noyabr Zəfər bayramından sonra daha da intensivləşəcək. Bu paraddan sonra dövlətin içində “köhnə sistemin” qalıqlarını tam təmizləmək üçün yeni mərhələ başlayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər