Təhlükəsizlik Xidmətinin şöbə rəisi niyə işdən çıxarıldı? - 3 kq qızıl işi

Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi, polkovnik Abdulla Mirzəliyev işdən azad edilib.

Axar.az xəbər verir ki, Abdulla Mirzəliyevin adı ötən ilin sonunda ölkəyə qanunsuz yollarla külli miqdarda qızıl gətirmə cəhdinə görə gündəmə gəlmişdi. Belə ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Əfsər Nüsrət oğlu Mirzəliyevin öz qulluq mövqeyindən istifadə edib Səfər Həsən oğlu Səfərovla qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmaları müəyyən edilmişdi.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülmüşdü.

Əfsər Mirzəliyev və onunla birgə ittiham olunan Səfər Səfərov bu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il müddətinə azadlıqdan məhrum edildilər.

Əfsər Mirzəliyev bu gün vəzifəsindən azad edilən Abdulla Mirzəliyevin qardaşı oğludur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər