Bakıda küçə itinə yemək verən qadını döydülər

Bakıda qadın evinin qarşısında döyülüb.

Avrasiya.net Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 44 yaşlı İbrahim Əhmədov evinin qarşısında bir qadının itə yemək verdiyini görərək, ondan iti dərhal oradan uzaqlaşdırmasını tələb edib:

"Həmin it qonşuda toyuq-cücələri yediyinə görə qadından tələb etdim ki, iti də götürüb uzaqlaşsın. Qadın israrla bunu etməyəcəyini dedikdə, daş götürüb itə atdım. Bu zaman o, əlindəki mobil telefonla məni çəkərək "Allah bəlanı versin, heyvan düşməni" dedi. Həmin vaxt evdən çıxan həyat yoldaşım təhqir olunduğumu eşidəndə mübahisə böyüdü və onlar bir-birinin saçını yolub vurmağa başladılar. Mən onları uzaqlaşdırmaq istəyəndə gördüm ki, yerə düşən telefon qırılıb. Hirsimdən cihazı yerə çırpdım".

Nəticədə İbrahim Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 157 (döymə) və 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə protokol tərtib olunub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə İbrahim Əhmədov haqqında 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər