Vüqar Məmmədovun nədə ittiham olunduğu bilindi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən “Hürriyyət” qəzeti və Hürriyyət TV-nin baş redaktoru Vüqar Məmmədovun nədə ittiham edildiyi məlum olub.

Avrasiya.net “Yeni Sabah”a istinadla xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham verilib.

Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini nəzərdə tutur.

Günahı sübuta yetirilərsə, V.Məmmədovu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, V.Məmmədov DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail Rayon Məhkəməsi oktyabrın 31-də onun barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər