Şabranda kompleks mülki müdafiə təlimi keçirilib.

Şabran Rayon İcra Hakimiyyətinin və FHN-nin Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Şabran rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və FHN-nin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Fuad İlyasov ərazidə qurulmuş, fövqəladə hallar zamanı istifadə olunan idarəetmə məntəqəsi və müvafiq avadanlıqlarla təchiz edilmiş çadırlara baxış keçiriblər.

Təlimə Şabran rayonunun Fövqəladə Hallar Komissiyası, Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahı, rayonun mülki müdafiə xidmətləri, yüksək hazırlıqlı ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatlar, eləcə də Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə hissəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası cəlb olunub.

Kompleks təlim mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyəti üzrə bilik və bacarıqlarının artırlması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq dərəcələrinə gətirilməsi, mülki müdafiənin idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkil edilməsi və birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi, əhalinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə öyrədilməsi və təlim iştirakçılarına fövqəlаdə halların nəticələrinin аrаdаn qаldırılmаsı işinin təşkili sаhəsində əməli vərdişlərin aşılanması məqsədilə keçirilib.

Təlimdə əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə, əməliyyat qərargahının işinin təşkilinə, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsirli zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi tədbirləri icra olunub.

Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilmiş və qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilmişdir.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər