Hər gün yediyimiz bu 3 qida bağırsaq xərçəngi yaradır

Hər gün yediyimiz bu 3 qida bağırsaq xərçəngi yaradırQazlı içkilər, peçenye və kolbasa bağırsaq xərçəngi riskini artırır. Uşaqlar, xüsusən oğlanlar və kişilər şirniyyat, qazlı içkilər və kolbasa istehlakını mümkün qədər məhdudlaşdırmalıdırlar.

Avrasiya.net Medicina.az-a istinadən xəbər verir ki, amerikalı tədqiqatçıların son araşdırmasına görə, peçenye və ekler, qazlı içkilər, kolbasa, salami və müxtəlif növ şirniyyatlar kişilərdə bağırsaq xərçəngi riskini artırır.

Qeyd olunub ki, bunlar ultra emal olunmuş qidalardır, bu kateqoriyaya həmçinin hazır şorbalar, şirin və duzlu qəlyanaltılar da daxildir. Amerikalı tədqiqatçılar təxminən 46 min kişi və 160 min qadını əhatə edən uzunmüddətli müşahidə tədqiqatının məlumatlarını araşdırdılar.

Tədqiqat iştirakçıları 28 il ərzində izlənilib və bu dövrdə onların arasında 3216 yoğun bağırsaq şişi halı müəyyən edilib. Bostondakı Tufts Universitetinin tədqiqatçıları iştirakçıların pəhrizlərini hər dörd ildən bir doldurduqları anketlərdən istifadə edərək qiymətləndiriblər.

Məlum olub ki, ən çox ultra emal olunmuş qidalar istehlak edən kişilərin yoğun bağırsaq xərçənginə tutulma ehtimalı ən az yeyənlərə nisbətən 29% daha yüksəkdir. Qadınlar arasında belə bir əlaqə tapılmayıb. Lakin tədqiqatçılar ultra emal olunmuş qidaların alt qruplarını araşdırdıqda, ən çox emal olunmuş qidalar istehlak edənlərin yoğun bağırsaq xərçənginə tutulma riskinin ən az yeyənlərə nisbətən 17% daha yüksək olduğunu aşkar ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər