Gömrük Akademiyasında “Konstitusiya və suverenlik tariximiz” mövzusunda tədbir keçirilib
Dövlət Gömrük Komitəsi, Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Konstitusiya və suverenlik tariximiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, DGK-nın struktur bölmələrinin əməkdaşları, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Vətən Müharibəsi qazisi, “Əfsanəvi tabor”un komandiri Nizami Əliyev, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, Vətən Müharibəsi qazisi İlkin Ağazadə və ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elmar Hüseynov iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindəki siyasi və ictimai amilləri, Ulu Öndər Heydər Əliyevin rolunu və bu siyasi irsin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, "Konstitusiya və Suverenlik ili"nin önəmini və onun dövlətçiliyimizin möhkəmlənməsindəki rolunu şərh edərək gənclərə dövlət qanunlarına və suverenliyə hörmətlə yanaşaraq bu dəyərləri qorumağı tövsiyə edib.
Tədbirdə çıxış edən ATGTİ-nin sədri Rəşad Zeynalov gəncləri və tələbələri vətənpərvərlik ruhunda tərbiyə etmənin və dövlətçilik ənənələrini qorumağın vacibliyini vurğulayaraq bu istiqamətdə ATGTİ-nin fəaliyyətindən bəhs edib.
Tədbir çərçivəsində həmçinin, Vətən Müharibəsi qaziləri Ilkin Ağazadə, Nizami Əliyev və hərbi ekspert Elmar Hüseynov çıxış edərək Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə, hərbi tariximiz və dövlətçilik ənənələrimiz barədə fikir və təcrübələrini iştirakçılarla bölüşüblər.
Sonda tədbir iştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.
![]()
![]()
![]()
![]()
![]()
![]()
Son xəbərlər
