Bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir

Bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edirBakı Ataürk Liseyinin hər iki şöbəsində bayram tədbirləri keçirilib

29 oktyabr qardaş Türkiyədə Cümhuriyyət Bayramı kimi qeyd edilir. Hər il bu tarixdə ölkə daxilində və kənarda müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi tərəfindən təşkil edilib. Liseyin hər iki şöbəsində də bu münasibətlə tədbirlər keçirilib.

Liseydən verilən məlumata görə, tədbirlər şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi, daha sonra Azərbaycanın Dövlət himni və Türkiyənin İstiqlal marşının oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən liseyin müdiri Eylem Gültekin deyib ki, bu gün tarixi gündür. Çünki 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.

Qeyd olunub ki, 102 il öncə məhz bu tarixdə, oktyabrın 29-da Mustafa Kemal Atatürk və silahdaşları imkansızı imkana çevirərək tarix yazdılar. Elə bir tarix ki, bu, təkcə Türkiyə türklərinin deyil, dünyadakı bütün türklərin ayaqda, sağlam qalmasına və gələcəyə inamla baxmasına vəsilə oldu.
Cümhuriyyətin banisi, Ulu öndər Mustafa Kemal Atatürkün bunu “egemenlik kaytsız, şartsız millətindir” kəlamı ilə dəyərləndirdiyini deyən liseyin müdiri əlavə edib ki, bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır.

Çıxışında Türkiyə-Azərbaycan qardaşlığına da toxunan müdir daha sonra bunları qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevin bayram münasibətilə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana yazdığı təbirk məktubunda da qeyd edilidyi kimi, xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir”.

E.Gültəkin onu da deyib ki, Mustafa Kemal Atatürk uşaqları və gəncləri çox sevirdi. Ona görə də onun adı ilə bağlı olan bütün bayramlar, tarixi günlər məhz uşaqlar və gənclərə həsr edilib.

Sonra söz liseyin şagirdlərinə verilib. Günün anlamını ifadə edən yaddaqalan proqram əsasında şagirdlərin ifasında musiqi, rəqs və səhnəciklər təqdim edilib. Əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnılar məraismi izləyənlərdə xoş əhval-ruhiyyə yaradıb.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər