İşləmək hüququ məhdudlaşdırıla bilməz!

İşləmək hüququ məhdudlaşdırıla bilməz!Vasif Əfəndi
Siyasi ekspert

Bu gün cəmiyyətdə pensiya yaşının yenidən qaldırılması ilə bağlı səslənən təkliflər yalnız iqtisadi deyil, həm də insani və hüquqi baxımdan qəbuledilməzdir. Belə addımlar xalqın sosial rifahına, iş həyatının keyfiyyətinə və insan ləyaqətinə birbaşa zərbədir. Pensiya yaşının artırılması millətin taleyinə məsuliyyətsiz yanaşmadır.

İşləmək hüququ yaşla deyil, qabiliyyətlə ölçülür. Hazırkı şəraitdə yüzlərlə insan, xüsusilə də güzəştli təqaüd alan və sağlamlıqlarını uzun illər ağır əmək şəraitində itirmiş şəxslər, haqsız olaraq ixtisara salınır və işləmək imkanından məhrum edilirlər.

Bu insanlar güzəştli təqaüd hüququnu "imtiyaz" kimi deyil, itirilmiş sağlamlıqları və ömür illəri hesabına qazanıblar.

Azərbaycan Respublikasının Konstitusiyası bu məsələdə tam aydındır:
Maddə 35 – “Hər bir şəxsin əməyini sərbəst seçmək, təhlükəsiz və sağlam şəraitdə işləmək, ədalətli əmək haqqı almaq, həmçinin işsiz qalmaqdan sosial müdafiə hüququ vardır.”

Bu norma aydın şəkildə göstərir ki, dövlət və qanunvericilik orqanları heç bir halda işləmək hüququnu məhdudlaşdıra bilməz. Əksinə, sosial siyasət elə qurulmalıdır ki, insan əmək bazarından süni şəkildə kənarlaşdırılmasın.

Lakin bəzi müəssisə rəhbərləri və məmurlar bu gerçəkliyi anlamır, güzəştli təqaüdü işdən uzaqlaşdırma üçün bəhanəyə çevirirlər. Bu isə həm sosial ədalətə, həm də Konstitusiyanın ruhuna ziddir.

Yeni yanaşma zəruridir.Ədalətli sosial siyasətin əsas prinsipi sadədir:
Kişilər üçün pensiya yaşı 60,qadınlar üçün 58 yaş müəyyən edilməlidir.Bu yaşa çatmış şəxslər istəsələr, 70 yaşına qədər işləmək hüququnu sərbəst şəkildə həyata keçirə bilməlidirlər.

Onların bu müddətdə ixtisara salınması və ya sınaq imtahanlarına məcbur edilməsi qadağan olunmalıdır.
Belə hüquqi təminat həm dövlətin təcrübəli kadr potensialını qoruyacaq, həm də cəmiyyətin sosial sabitliyini gücləndirəcək.

Sosial ədalət dövlətin nüfuzunun təməlidir
Unutmaq olmaz ki, dövlətin gücü təkcə iqtisadi göstəricilərlə deyil, vətəndaşına göstərdiyi ədalətlə ölçülür.

Əgər insan ömrü boyu çalışıb, dövlətinə xidmət edib, lakin ömrünün son illərində “yaş məhdudiyyəti” bəhanəsi ilə kənara atılırsa, bu artıq sosial dövlətin prinsiplərinə ziddir.

İşləmək sadəcə gəlir mənbəyi deyil, həm də insanın özünüdəyər hissinin qorunması, cəmiyyətə yararlılığının təsdiqidir.
Ona görə də hər kəsin işləmək hüququ müqəddəsdir və məhdudlaşdırıla bilməz!

Pensiya yaşının süni şəkildə artırılması nə iqtisadi baxımdan səmərəlidir, nə də hüquqi cəhətdən əsaslıdır.
Azərbaycan Konstitusiyasına və sosial ədalət prinsiplərinə uyğun siyasət əmək hüququnun qorunması, yaşlı və təcrübəli insanlara hörmətin bərpasıdır.
Əmək hüququ insanın toxunulmaz hüququdur.

İşləmək istəyən heç kim kənara atıla bilməz!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər