İtkin-şəhid Rəfael Abbasov dəfn edildi
Dərc olunub:
29-10-2025, 12:26
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəfael Abbasov dəfn edilib.
Avrasiya.net xəbər verir ki, Rəfael Abbasovun Hövsan qəsəbəsindəki evində baş tutan vida mərasimindən o, Suraxanı rayon Dədə-Qorqud qəbristanlığında torpağa tapşırılıb.
Dəfndən əvvəl cənazə namazı qılınıb, dualar oxunub.
Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Son xəbərlər
