Onlar 400 min qrant almaqda ittiham edilir - Prokuror açıqladı

Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinə qarşı aparılan cinayət işi üzrə üç nəfərin məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, mühakimə olunanlar Bəşir Süleymanlı, Qalib Bayramov (Qalib Toğrul) və Nərgiz Muxtarovadır.

Onlardan yalnız Bəşir Süleymanlı həbsdədir. Ayrı-ayrılıqda baxılan işlər üzrə prokuror ittiham aktını elan edib.

İttihamda deyilir ki, Bəşir Süleymanlı digər şəxslə birgə beynəlxalq donor təşkilatlarından bir sıra layihələrin keçirilməsi adı ilə 148 min, Qalib Bayramov (Qalib Toğrul) 100 min, Nərgiz Muxtarova isə 150 min manat qrant alıb. Lakin həmin vəsaitlərin alınması barədə müvafiq quruma məlumat verilməyib, pullar həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.

Nərgiz Muxtarova “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla əlbir olmaqda təqsirləndirilir. Ş.İsmayıl barəsində hələ ki ibtidai istintaq aparılır.

Təqsirləndirilən şəxslər isə heç bir epizod üzrə özlərini təqsirli bilməyiblər.

Qalib Toğrulun vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq cinayət işi üzrə icraata xitam verilməsini istəyib. Vəkil vəsatətini cinayət işində qeyd olunan qrup üzvlərinin kimliyinin müəyyən edilməməsi və ittihamı əsaslandıran digər yetərli sübutların mövcud olmaması isə əlaqələndirib.

Məhkəmə bu vəsatəti əsassız sayaraq təmin etməyib.

Növbəti prosesdə təqsirləndirilən şəxslərin sərbəst ifadə verəcəkləri gözlənilir.

Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrul iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər