Davada döyülən 41 yaşlı kişi öldü

Zaqatalada dava zamanı döyülərək xəstəxanaya yerləşdirilən 41 yaşlı İsgəndər Musayev bir həftə sonra ölüb.

Avrasiya.net xəbər verir ki, oktyabrın 20-dən 21-ə keçən gecə reanimasiya şöbəsinə yerləşdirilən İsgəndər Musayevə bütün tibbi yardımlar göstərilib. Bütün bunlara baxmayaraq o, bir həftə sonra ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib. Baş vermiş hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarının həyata keçirdiyi araşdırmalarla məlum olub ki, İsgəndər Musayevi Yuxarı Tala kəndi ərazisində tanışları, Hafiz Hacıyev və Rasim Abbasov döyüblər.

İsgəndər Musayevi döyməkdə şübhəli bilinən Hafiz Hacıyev və Rasim Abbasov hadisə yerini tərk ediblər. Hazırda onların tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər