CBC TV və CBC FM-də “Azərbaycan–KKTC Dostluğu” müzakirə olundu

Azərbaycanın aparıcı media qurumlarından olan CBC TV və CBC FM kanalında yayımlanan, tanınmış aparıcı Xanlar Mehdiyevin təqdim etdiyi “Səhər Vaxtı” verilişində bu həftə Azərbaycan–Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) münasibətlərinə həsr olunmuş xüsusi buraxılış efirə gedib.

Verilişin qonağı olan Kuzey Kıbrıslı jurnalist və aparıcı Serdar Şengül, iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərini, tarixi kökləri və son illərdə əldə edilən mühüm nailiyyətləri dəyərləndirib.

Serdar Şengül çıxışı zamanı Kuzey Kıbrısda keçirilən prezident seçkilərinin yüksək demokratik səviyyədə baş tutduğunu vurğulayaraq deyib:
“Beşinci prezidentimiz Ersin Tatar öz vəzifə müddəti ərzində həm Türk dünyası, həm də Azərbaycan–KKTC əlaqələrinin möhkəmlənməsi istiqamətində mühüm xidmətlər göstərdi. Yeni seçilən prezident Tufan Erhürman isə yeni enerji və dinamizmlə bu dostluğu daha da irəli aparacaq.”

Aparıcı Xanlar Mehdiyev də öz növbəsində bildirib ki, Türkiyə Cümhuriyyəti, Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti bir-biri ilə eyni mədəni köklərə bağlı üç qardaş ölkədir.
“Bu üç ölkə arasında təkcə siyasi deyil, həm də mədəniyyət və incəsənət sahələrində çox faydalı əməkdaşlıqlar müşahidə olunur. Biz eyni mədəniyyətin övladlarıyıq. Türkiyədə və Kuzey Kıbrısda yaşayan bütün qardaşlarımıza salam və sevgilərimizi göndəririk,” – deyə Mehdiyev qeyd edib.

Verilişdə həmçinin Türk dünyasında birliyin əhəmiyyəti, Kıbrıs türklərinin beynəlxalq aləmdə tanınması və Azərbaycan–KKTC əməkdaşlığının gələcək perspektivləri haqqında da ətraflı fikir mübadiləsi aparılıb.

Serdar Şengül, Azərbaycan mediasının KKTC-yə olan diqqətindən məmnunluğunu ifadə edərək bildirib:
“Azərbaycan xalqı artıq Kuzey Kıbrısı sadəcə ada dövləti kimi deyil, Türk dünyasının ayrılmaz bir parçası kimi qəbul edir. Bu düşüncə gələcəkdə daha güclü münasibətlərin formalaşmasına zəmin yaradacaq.”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər