Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir?

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində həbs qərarı verilməsindən sonra özü və ailə üzvləri haqda yeni və maraqlı məlumatlar üzə çıxır.

Avrasiya.net Globalinfo.az-a istinadla xəbər verir ki, son günlər Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevna Mehdiyeva da gündəmə gəlib. Onun adı mediada müxtəlif mövzularda hallandırılır. Neçə illərdir Qalinanın erməni əsilli olması haqda iddialar dolaşır. Bu iddialar R.Mehdiyev vəzifədə olduğu dövrdən gündəmdədir. Amma hələ də qadının erməni olduğu isbatlanmır. Bəzi mənbələr onun gürcü, hətta yəhudi əsilli olduğunu söyləyir.

Məlumata görə, Qalina Yuryevna Ramiz Mehdiyevdən əvvəl başqa bir nikahda olub. Onun ilk həyat yoldaşının erməni milliyyətindən olduğu iddia edilir. Daha bir məlumat isə, Qalina Mehdiyevanın həmin nikahdan Levon Qurskaya ad-soyadlı bir oğul dünyaya gətirməsi ilə bağlıdır.

Digər mənbələrdə deyilir ki, Levon Qurskaya Ramiz Mehdiyevin qaynı oğludur.

Levon Qurskaya uzun müddət Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Onun sonuncu vəzifəsi Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəis müavini olub. 2022-ci il fevral ayında nazir Vilayət Eyvazovun müvafiq əmri ilə Levon Qurskaya vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Əldə etdiyimiz daha bir məlumata görə, Dövlət İmtahan Mərkəzi sədrinin müavini Namiq Babayev Ramiz Mehdiyevin qudası İsmayıl Sadıqovun qudasıdır və 30 ilə yaxındır müavin vəzifəsində çalışır.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AME-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər