Bakıda 35 yaşlı iş adamı idman zalında öldü - Foto

Bakıda gənc iş adamı idman zalında məşq edən zaman qəfildən ölüb.

Avrasiya.net Yenisabah.az-a istinadən xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib.

35 yaşlı Toğrul Tapdıqzadə idman zalında məşq etdiyi vaxt qəfildən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, iş adamının həyatını xilas etmək mümkün olmayıb.

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Toğrul Yaşar oğlu Tapdıqzadə 1990-cı ildə anadan olub. Əslən Laçın rayonundandır. Ailəli idi, 4 övladı var. İş adamı idi. Toğrul Tapdıqzadənin atası Yaşar Nəcəfov Birinci Qarabağ müharibəsinin veteranıdır. O, 811 saylı hərbi hissənin tərkibində döyüşüb. Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb. Yaşar Nəcəfov özü də iş adamdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər