Adına 5 şirkət olan arabaçının vəkil tutmağa pulu yoxdur - VİDEO

Özü arabaçı işləyir, amma adına 5 şirkət var, 54 min 441 manat da vergi borcu. Şəhid qardaşı olan Xəqani Qasımov bunu da Rusiyaya getmək istəyərkən öyrənib. Vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulub, aldığı 950 manatlıq bilet də batıb.

Avrasiya.net Xezerxeber.az-a istinadən xəbər verir ki, Xəqani Qasımov deyir ki, işə düzəltmək adıyla ona bir neçə sənədə qol çəkdirib, şəxsiyyət vəsiqəsin də götürüblər.

Onlardan xəbər çıxmadığını görən Xəqani Qasımov arabaçılıq etməyə davam edir. Bir gün də Rusiyada yaşayan qohumlarının yanına gedib orada fəhlə kimi işləmək qərarına gəlir, borc tapıb bilet alır.

Xaqani Qasımovun sözlərinə görə, Dövlət Vergi Xidmətindən ona bildirilib ki, məhkəməyə müraciət etməlidir. Onun isə vəkil tutmağa da pulu yoxdur. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, başqa adamın adına “VÖEN” açmaq qeyri-münmkündür. Bunun üçün ya həmin adam kiməsə etibarnamə verməli, ya da özü idarəyə müraciət edib açdırmalıdır.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər